Bağ evində narkotik əkib-becərən şəxs saxlanıldı

Bağ evində narkotik əkib-becərən şəxs saxlanıldı Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.
Hadisə
11 İyul , 2020 17:18
Bağ evində narkotik əkib-becərən şəxs saxlanıldı

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Anar Əliyev saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, ona məxsus Ləhiş bağları sahəsindəki evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 11 kq olan 201 ədəd çətənə kolu və 720 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Anar Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. 

Faktla bağlı 42-ci  PB-də toplanan materiallar Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib. İstintaq tədbirləri davam etdirilir. 
 

Son xəbərlər

Orphus sistemi