Badamdarda kişi qonşusuna irad bildirdiyinə görə 5 bıçaq zərbəsi alıb

Badamdarda kişi qonşusuna irad bildirdiyinə görə 5 bıçaq zərbəsi alıb Hadisə həyətyanı sahədə dayanmaq üstündə baş verib
Hadisə
25 avqust 2017 01:48
Badamdarda kişi qonşusuna irad bildirdiyinə görə 5 bıçaq zərbəsi alıb
Foto: Report.az

Bakı. 25 avqust. REPORT.AZ/ Bakının Səbail rayonunda söyüşə görə qonşu qonşusuna 5 bıçaq zərbəsi vurub.

"Report"un xəbərinə görə, Badamdar qəsəbəsi, 3-cü massiv, Dostluq küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi, 1986-ci il təvəllüdlü Əmrahov Əziz Fərman oğlu qonşusuna onun evinə məxsus həyətyanı sahədə dayandığına görə iradını bildirib.

Qonşusu Emin adlı şəxs cavabında onu söyüb. Tərəflər arasında dava düşüb. Nəticədə Emin Ə.Əmrahovun evinə daxil olaraq ona daxilə nüfuz edən 5 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır. Hazırda hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi