Bakı. 29 yanvar. REPORT.AZ/ Bacısının qeyri-rəsmi yaşadığı şəxsi döyərək öldürməkdə təqsirləndirilən T.M.-nın (yazıdakı adlar şərtidir) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı
Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə ötən il iyunun 28-də Xırdalanda baş verib. Belə ki, şəhər sakini R.Ə.-nin evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla R.Ə.-nin iyunun 28-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini qadının qardaşı T. tərəfindən evində döyülərək öldürüldüyü müəyyən edilib.
Görülmüş tədbirlərlə T.M. saxlanılıb.