Ali Məhkəmə Tovuzda bacısını qətlə yetirən şəxsin kassasiya şikayətini təmin etməyib

Ali Məhkəmə Tovuzda bacısını qətlə yetirən şəxsin kassasiya şikayətini təmin etməyib Bakı. 27 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Ruslan Gülməmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Dekabr , 2018 13:17
Ali Məhkəmə Tovuzda bacısını qətlə yetirən şəxsin kassasiya şikayətini təmin etməyib

Bakı. 27 dekabr. REPORT.AZ/ Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Ruslan Gülməmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Tahir Kazımovin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Gülməmmədovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.

Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.

R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. R.Gülməmmədov daha sonra Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi