Bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsə hökm oxunub

Bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsə hökm oxunub O, 5 il müddətinə azadlqdan məhrum edilib
Hadisə
1 Avqust , 2017 13:20
Bacısına mesaj yazdığına görə 21 yaşlı gənci öldürən şəxsə hökm oxunub

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə M.Hüseynovun azyaşlı olması cəzanın yüngülləşdirici hal kimi nəzərə alıb. Hökmə əsasən, M.Hüseynov 5 il müddətinə azadlqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.

İlkin məlumata görə, İmişliyə gedən M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.

Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ə.Muxtrova yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ə.Muxtrov "Memar Əcəmi" metrostansiyasının qarşısında görüşməyə razılaşıb. Həmin zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Son xəbərlər

Orphus sistemi