Yuxarı

Bacısı qızının ərini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

​Bacısı qızının ərini bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısı qızının ərini bıçaqlamaqda təqsirli bilinən Mirzaman Həzrətovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Gəncə şəhərinin "Mahrasa bağı" deyilən ərazidə baş verib. 1986-cı il təvəllüdlü, Gəncə şəhər sakini Muraz Məmmədov çoxsaylı bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar nəticəsində M.Məmmədovun həyat yoldaşının dayısı M.Həzrətov tərəfindən bıçaqlandığı məlum olub və o saxlanılıb.

Məlumata görə, hadisə borc pul üstündə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi