​Bacı məhbus qardaşına telefonları qara ciyərin içərisində ötürmək istədi - FOTO

​Bacı məhbus qardaşına telefonları qara ciyərin içərisində ötürmək istədi - FOTO Fakt üzrə araşdırma aparılır
Hadisə
193
19 Yanvar , 2015 11:52
​Bacı məhbus qardaşına telefonları qara ciyərin içərisində ötürmək istədi - FOTO

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıdakı 7 saylı Cəzaçəkmə Müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilən zaman ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi