Babək prospektində gənc oğlanı avtomobil vurub

Babək prospektində gənc oğlanı avtomobil vurub Vurulan piyada ailənin tək övladıdır
Hadisə
7 Mart , 2018 07:20
Babək prospektində gənc oğlanı avtomobil vurub
Report

Bakı. 7 mart. REPORT.AZ/ Babək prospektinin Xətai rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1996-ci il təvəllüdlü Cəfərov Eldəniz Tərlan oğlu prospektdən keçərkən, onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Cəfərov ailənin tək övladıdır.

Son xəbərlər

Orphus sistemi