Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib
Hadisə
17 Avqust , 2017 12:20
Bakıda avtomobillə piyadanı vurub öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vurmaqda təqsirləndirilən Rafiq Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, 1959-cu ildə Bərdə rayonunda anadan olmuş R.Həsənov hazırda Bakı şəhərində qeydiyyatdadır.

Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 17-də Binəqədi rayonu, Baksol yolunda baş verib. Həmin yolda hərəkətdə olan R.Həsənov piyada Şahin Şahmuradovu vurub. O, daha sonra hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralı aprelin 18-də dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi