Ağcabədidə ağır avtomobil qəzası baş verib, 3 nəfər ölüb

Ağcabədidə ağır avtomobil qəzası baş verib, 3 nəfər ölüb Qəza zamanı dünyalarını dəyişənlərin şəxsiyyəti dəqiqləşdirilir
Hadisə
23 Sentyabr , 2014 10:05
Ağcabədidə ağır avtomobil qəzası baş verib, 3 nəfər ölüb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 22-dən 23-nə keçən gecə Azərbaycanın Ağcabədi rayonu, Təzəkənd kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində baş verən qəza rayon mərkəzindən 17 km aralıda qeydə alınıb.

Hadisə  yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Araşdırma zamanı məlum olub ki, minik avtomobillərinin birində olan 3 sərnişin ağır bədən xəsarətləri aldıqlarından hadisə yerində dünyalarını dəyişiblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğrayan avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Hazırda qəza zamanı dünyalarını dəyişənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi