Ağcabədi rayonunda partlayış olub, 3 nəfər yaralanıb

Ağcabədi rayonunda partlayış olub, 3 nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Oktyabr , 2014 13:45
Ağcabədi rayonunda partlayış olub, 3 nəfər yaralanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın Ağcabədi rayonunda təbii qaz sızmasından yanğına keçən partlayış baş verib. “Report”un DİN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Salmanbəyli kənd sakini Məhəmməd Bayramovun evində olub.

Hadisə nəticəsində evin pəncərə, şüşələri sınıb, M.Bayramovun həyat yoldaşı Nübar, qızı Səhər və nəvəsi İsa xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi