Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir

Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir Səfər İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən baş tutub
Hadisə
27 Oktyabr , 2014 17:21
Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən bu ölkədə rəsmi səfərdədir.

Bu barədə “Report”a DİN-dən bildirilib.

Məlumata görə, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi