Azərbaycanda qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb

Azərbaycanda qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb Şükufə Babayevanın yanmış meyiti tapılıb
Hadisə
16 Sentyabr , 2014 14:13
Azərbaycanda qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da gecə saat 1 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində ölümlə nəticələnən partlayış hadisəsi baş verib. Bu barədə Report-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəsəbədə yaşayan Şükufə Babayevaya məxsus birotaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.

Son xəbərlər

Orphus sistemi