Azərbaycanda qadına qarşı soyğunçuluq edilib

Azərbaycanda qadına qarşı soyğunçuluq edilib 19 yaşlı Ucar rayon sakini Vüsal Bağırlı saxlanılıb
Hadisə
27 Oktyabr , 2014 11:39
Azərbaycanda qadına qarşı soyğunçuluq edilib
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın Abşeron rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə “Report”a Abşeron Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Belə ki, Xırdalan şəhərində naməlum şəxs Sona Dadaşovanın çantasını zorla əlindən alaraq qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Ucar rayon sakini Vüsal Bağırlı saxlanılıb. V.Bağırlı ifadəsi zamanı bir neçə gün əvvəl fəhlə işlədiyi tikintidən işdən çıxarıldığını və yeni iş tapmaq əvəzinə soyğunçuluq etməyə qərar verdiyini deyib.

Onun alıb qaçdığı çantadan isə yalnız 3 manat  məbləğində pul çıxıb.

Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi