Azərbaycanda fəaliyyət göstərən daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açılıb

Azərbaycanda fəaliyyət göstərən daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açılıb Müraciətlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb
Hadisə
23 Sentyabr , 2014 16:29
Azərbaycanda fəaliyyət göstərən daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açılıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən daha bir tikinti şirkətinin rəhbərliyinə cinayət işi açılıb. Bu barədə “Report”a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Dağlar” Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi