Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
12 Sentyabr , 2014 15:33
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi açılıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi