Azərbaycanda avtobus aşması nəticəsində 3 nəfər ölüb

Azərbaycanda avtobus aşması nəticəsində 3 nəfər ölüb 10 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar
Hadisə
13 Oktyabr , 2014 10:42
Azərbaycanda avtobus aşması nəticəsində 3 nəfər ölüb
Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın Biləsuvar rayonu, Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb.

“Report”un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, avtobusda olan 33 nəfər sərnişindən 3 nəfəri aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. 10 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıblar. Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Son xəbərlər

Orphus sistemi