Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiyada axtarışda olan şəxsi tutub

Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiyada axtarışda olan şəxsi tutub Əməliyyat-axtarış tədbirlərini DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları həyata keçirib
Hadisə
21 Oktyabr , 2014 17:33
Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiyada axtarışda olan şəxsi tutub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyasında axtarışda olan şəxsi tutub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan DİN-in rəsmi saytı məlumat yayıb.

Əməliyyat-axtarış tədbirlərini DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları həyata keçirib. Əməliyyat nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) ilə axtarışda olan Mahir Məmmədov saxlanılıb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi