Azərbaycan DİN-də kadr dəyişikliyi olub

Azərbaycan DİN-də kadr dəyişikliyi olub Pirallahı Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib
Hadisə
26 Sentyabr , 2014 12:25
Azərbaycan DİN-də kadr dəyişikliyi olub
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi həyata keçirilib.

Bu barədə "Report"a Pirallahı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Belə ki, Bakının Xətai rayonunun 34-cü Polis Bölməsinin (PB) rəis müavini Emil Məmmədov Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini təyin olunub. E.Məmmədov rəisin İctimai Təhlükəsizlik üzrə müavini vəzifəsini icra edəcək.

Xatırladaq ki, 34-cü PB-nin əvvəlki rəisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev olub. O bir neçə ay əvvəl nazir Ramil Usubovun əmri ilə yeni yaradılan Pirallahı rayonuna rəis təyin edilib.

Son xəbərlər

Orphus sistemi