Azyaşlıya hədə-qorxu gələrək telefonunu alan şəxs məhkəmə zalında həbs edilib

Azyaşlıya hədə-qorxu gələrək telefonunu alan şəxs məhkəmə zalında həbs edilib Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhəmməd Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
1 Noyabr , 2018 11:57
Azyaşlıya hədə-qorxu gələrək telefonunu alan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhəmməd Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, M.Hacıyev barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Vəsatət təmin edilib. O, məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, M.Hacıyev azyaşlı A.M-ya (ad soyad şərti) qarşı hədə-qorxu gələrək onun 2 telefonunu ələ keçirib.

Bundan başqa, o, Cəmilə Pirəliyevanın evindən 3500 manat pul oğurlayıb.

İstintaq dövründə M.Hacıyevin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi