Bakıda qadınlara və azyaşlı qızlara qarşı quldurluq edən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda qadınlara və azyaşlı qızlara qarşı quldurluq edən keçmiş məhkumun məhkəməsi başlayır Bakıda quldurluqda təqsirləndirilən Ədalət Füzuli oğlu Stupkanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 İyul , 2019 09:29
Bakıda qadınlara və azyaşlı qızlara qarşı quldurluq edən keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda quldurluqda təqsirləndirilən Ədalət Füzuli oğlu Stupkanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ramella Allahverdiyevanın icraatında olan iş üzrə hazırlıq iclası iyulun 24-ə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın Buzovna qəsəbəsi ərazisində naməlum şəxsin onun içərisində pulu və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Ədalət Füzuli oğlu Stupka polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun ətrafında aparılan tədbirlərlə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Onun Şüvəlan qəsəbə sakini olan bir azyaşlı qızı bıçaqla hədələyərək quldurluq yolu ilə qulağındakı qızıl sırğaları alması da müəyyən edilib.

Ə.Stupkaya qarşı Cinayət Məcəlləsinni 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi