Azyaşlı qızın atalığı tərəfindən döyülməsilə bağlı araşdırmalara başlanıldı

Azyaşlı qızın atalığı tərəfindən döyülməsilə bağlı araşdırmalara başlanıldı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb
Hadisə
226
19 Aprel , 2021 13:00
Azyaşlı qızın atalığı tərəfindən döyülməsilə bağlı araşdırmalara başlanıldı

Bakının Xətai rayonu, Keşlə qəsəbəsində yaşayan azyaşlı qızın atalığı tərəfindən şiddətə məruz qalması ilə bağlı yayılan məlumatlarla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, fakt nəzarətə götürülüb və Xətai Rayon İcra Hakimiyyətinin nəzdindəki monitorinq qrupu azyaşlının yaşadığı ailəyə baş çəkməyə yollanıb.

Dövlət Komitəsinin sözçüsü bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. O qeyd edib ki, fakt öz təsdiqini tapacağı təqdirdə azyaşlı ailədən alınaraq dövlətin himayəsinə veriləcək və zorakılıq faktı ilə bağlı müvafiq tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi