​“Aztelekom” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

​“Aztelekom” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
29 Aprel , 2016 08:28
​“Aztelekom” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 29 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “SST Mühəndislik və Maşınqayırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Aztelekom” MMC-yə qarşı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. Beləliklə, “SST Mühəndislik və Maşınqayırma” MMC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Aztelekom” MMC İstehsalat Birliyi (İB) “SST Mühəndislik və Maşınqayırma” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən İB cavabdehdən 3 717 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3 747 manat məbləğində pulun “Aztelekom” İstehsalat Birliyi Kabel Magistrallarının Texniki Qovşağının xeyrinə tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “SST Mühəndislik və Maşınqayırma” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müracit edib.

Son xəbərlər

Orphus sistemi