​"Aztelekom" MMC-yə məxsus rabitə xətlərini oğurlayan şəxs tutulub - FOTO

​"Aztelekom" MMC-yə məxsus rabitə xətlərini oğurlayan şəxs tutulub - FOTO O, bu əməli ilə dövlət əmlakına xeyli miqdarda ziyan vurub
Hadisə
14 Dekabr , 2015 11:24
​Aztelekom MMC-yə məxsus rabitə xətlərini oğurlayan şəxs tutulub - FOTO

Bakı. 14 dekabr. REPORT.AZ/ Masallı rayonunda "Aztelekom" MMC-yə məxsus rabitə xətlərini oğurlayan şəxs tutulub. "Report" xəbər verir ki, rayonun Təzə Alvadı kənd sakini 47 yaşlı İlqar Salam oğlu Mustafayev Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Masallı RPŞ-dən "Report"a bildirilib ki, İ.Mustafayev rabitə xətlərini oğurlamaqda təqsirli bilinir: "Dindirmələr zamanı məlum olub ki, İ.Mustafayev rayonun Əhmədli və Köçəkli kənlərindən keçən "Aztelekom" MMC-nin Masallı rayon Telekommunikasiya Qovşağına məxsus TPP 100x2 və TPP 30x2 rabitə xətti olan kabelləri kəsərək oğurlayıb. O, ümumilikdə 190 metr uzunluğunda rabitə xətlərini kəsməklə dövlət əmlakına xeyli miqdarda ziyan vurub".


Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi