Yuxarı

“Aztelekom” MMC-nin sabiq baş direktorunun saxlanma şəraitindən narazılığı yoxdur

Onun səhhəti normaldır

Bakı. 23 noyabr. REPORT.AZ/ Barəsində həbs qətimkan tədbiri seçilmiş "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun səhhəti normaldır. Bu barədə "Report"a onun yaxınları məlumat verib.

"Məhəmməd Məmmədovun saxlanma şəraitindən narazılığı yoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Noyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi