Yuxarı

​“Aztelekom” MMC-nin sabiq baş direktorunun həbs müddəti uzadılıb

Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"Report"un məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və M.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Xatırladaq ki, daha əvvəl Binəqədi Rayon Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi