"Aztelekom" MMC-nin baş mühasibi kassasiya şikayəti verib

"Aztelekom" MMC-nin baş mühasibi kassasiya şikayəti verib Bakı. 14 dekabr. REPORT.AZ/ Rabitə işində təqsirləndirilən Aztelekom MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov məhkəmə qərarından kassasiya şikayəti verib.
Hadisə
14 Dekabr , 2017 14:43
Aztelekom MMC-nin baş mühasibi kassasiya şikayəti verib
Report.az

Bakı. 14 dekabr. REPORT.AZ/ "Rabitə işi"ndə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, O.Rüstəmovun kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan O.Rüstəmov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. O həmçinin özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edir.

Bundan başqa, Vidadi Zeynalov və Beytulla Hüseynovun şikayəti icraata qəbul edilib. Digər təqsirləndirilən şəxslərin də şikayəti qəbul ediləndən sonra məhkəmə şikayətlərə baxılma tarixini müəyyən edəcək.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hərbiri 13 il müddətinə azadlıqdan məhrum edilib. O.Rüstəmovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

Daha sonra V.Zeynalovun ailə üzvləri və B.Hüseynov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi