Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilmiş apellyasiya şikayətinə baxılıb. “Report”un xəbərinə görə, M.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.