“Aztelekom”dan oğurluq edilib

“Aztelekom”dan oğurluq edilib “Aztelekom” MMC-nin Abşeron filialından oğurluq edən şəxs tutulub.
Hadisə
12 noyabr 2021 08:37
“Aztelekom”dan oğurluq edilib

“Aztelekom” MMC-nin Abşeron filialından oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi