​“Aztelekom” “Azərsu” ASC-ni məhkəməyə verib

​“Aztelekom” “Azərsu” ASC-ni məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
12 Yanvar , 2016 08:57
​“Aztelekom” “Azərsu” ASC-ni məhkəməyə verib

Bakı. 12 yanvar. REPORT.AZ/ “Aztelekom” İstehsalat Birliyi (İB) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, İB rabitə kabelinin mühafizə zonasındakı tikililərin sökülməsi və ya kabel-kanalizasiya qurğularının köçürülməsi üçün hesablanmış məbləğin tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Qərardan narazı qalan “Aztelekom” apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

İddia olunan məbləğ açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi