“Azsığorta” FHN-i məhkəməyə verib

“Azsığorta” FHN-i məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
9 Yanvar , 2016 11:35
“Azsığorta” FHN-i məhkəməyə verib

Bakı. 9 yanvar. REPORT.AZ/ “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq İdarəsini məhkəməyə verib.

“Report” xəbər verir ki, sığorta şirkəti cinayət işinin rədd edilməsi ilə bağlı toplanmış materialların surətlərinin təqdim olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymayıb.

Qərardan narazı qalan “Azsığorta” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. 

Son xəbərlər

Orphus sistemi