Azov dənizində içində azərbaycanlının da olduğu gəmi batmaqdan xilas edilib

Azov dənizində içində azərbaycanlının da olduğu gəmi batmaqdan xilas edilib Bakı. 11 oktyabr. REPORT.AZ/ Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo (Qərbi Afrika) bayrağı altında üzən Nila adlı yük gəmisi deşilərək zədə alıb.
Hadisə
11 Oktyabr , 2018 03:58
Azov dənizində içində azərbaycanlının da olduğu gəmi batmaqdan xilas edilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo (Qərbi Afrika) bayrağı altında üzən "Nila" adlı yük gəmisi deşilərək zədə alıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı Agentliyinin (RDÇNA) mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Məlumata görə, 3 min ton kömür daşıyan gəmidə 11 heyət üzvü olub: Ukraynadan 10, Azərbaycandan bir nəfər.

Bildirilir ki, onlardan 7-si sərhəd gəmisinin göyərtəsinə keçib. Kapitanın qərarı ilə, xilasetmə əməliyyatı aparılmayıb. Yük gəmisi göyərtəyə dolmuş suyun nasosla çəkilməsi və korpusun germetizasiyası üçün öz gedişi ilə sahilə doğru üzüb. Onu RDÇNA-nın yedək gəmisi müşayiət edib. 

Xatırladaq ki, bu il Azov dənizindən Türkiyəyə doğru hərəkət edən daha bir gəminin qəzaya uğraması nəticəsində 4 Azərbaycan vətəndaşı təxliyyə olunub. 

Son xəbərlər

Orphus sistemi