"Azneft": Yanğının söndürülməsinə iki kran tipli gəmi cəlb olunub

"Azneft": Yanğının söndürülməsinə iki kran tipli gəmi cəlb olunub Balamirzə Ağarəhimov: "Artıq meyitləri tapılan 4 nəfərin kimlikləri müəyyənləşib, onlar sabah dəfn olunacaq"
Hadisə
7 Dekabr , 2015 20:29
Azneft: Yanğının söndürülməsinə iki kran tipli gəmi cəlb olunub

Bakı. 7 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. "Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib. 

O qeyd edib ki, bu gün helikopterlə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə gətirilən 4 nəfərin kimlikləri müəyyənləşib, onlar sabah dəfn olunacaq.

B.Ağarəhimov deyib ki, "Neft daşları" yatağında itkin düşmüş 3 nəfərin tapılması ilə əlaqədar cəlb olunmuş dalğıclar hava qaraldığından işlərini dayandırıb. "Günəşli yatağında isə helikopterlər işini dayandırıb. Axtarış işləri və yanğının söndürülməsi işləri gəmirlərlə davam etdirilir. Hazırda 7 gəmi ilə işlər aparılır. Yanğnın söndürülməsi üçün əlavə 2 kran tipli gəmi də cəlb olunub. Bu gün mütəxəssislər yanan platformaya qalxıblar və işləyirlər. Küləyin vəziyyətindən asılı olaraq, ya platformanı tərk edəcəklər, ya da orada işlərini davam etdirəcəklər". 

O xatırladıb ki, "Günəşli" yatağındakı vəziyyətlə bağlı Dövlət Komissiyasının iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi