"Azneft": Neftçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB

"Azneft": Neftçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB N.Nərimanov adına NQÇİ-nin dənizdə itkin düşən neftçilərindən bir nəfərin meyiti tapılıb
Hadisə
15 Dekabr , 2016 15:34
Azneft: Neftçilərdən birinin meyiti tapılıb - YENİLƏNİB

İlk xəbər saat 15:12-də verilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailələrinə xəbər verilib, onların yaşadığı ünvanlara komissiyalar gedib. "Report" xəbər verir ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib.

Onun sözlərinə görə, axtarışlara dalğıcların cəlb olunması üçün "Avyor" gəmisi əraziyə yaxınlaşıb, amma hava şəraiti ilə əlaqədar hələlik dalğıcları işə cəlb etmək mümkün deyil, hava şəraitinin normallaşmasını gözləyirlər.

***

Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb. 

"Report" xəbər verir ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib. 

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.

***

Meyit Səngəçaldan bir qədər aralı, Ələt-41 sahəsində tapılıb. Estakada dənizə uçan yerdə suyun dərinliyi 10-11 metrdir. Axtarış işləri Səngəçal, Xərə-Zirə, Ələt, Duvannı ərazilərində aparılır.

***

B.Ağarəhimov qeyd edib ki, həmin şəxsin meyiti gəmiyə çıxarılıb, digər neftçilərin axtarışı istiqamətində işlər aparılır. Hadisə yerinə 10-dan çox gəmi, eyni zamanda FHN-in helikopteri cəlb olunub.

Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Son xəbərlər

Orphus sistemi