"Azneft": "Axtarışlara əlavə gəminin cəlb olunması nəzərdə tutulur"

"Azneft": "Axtarışlara əlavə gəminin cəlb olunması nəzərdə tutulur" Əsas axtarış işləri bu gün və sabah həyata keçiriləcək
Hadisə
7 Dekabr , 2015 17:06
Azneft: Axtarışlara əlavə gəminin cəlb olunması nəzərdə tutulur

Bakı. 7 dekabr. REPORT.AZ/ Hava şəraitinin dekabrın 9-da pisləşməsi proqnozlaşdırıldığından əsas axtarış işləri bu gün və sabah həyata keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib. 

"Maksimumum dərəcədə çalışırıq ki, bu gün gecəyə qədər və sabah əsas axtarış işlərini aparaq. Ümumilikdə isə axtarış işləri sona qədər davam etdiriləcək", - B.Ağarəhimov deyib.

O qeyd edib ki, axtarışla əlaqədar əlavə gəminin də cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bu gün "Günəşli" yatağında axtarış işlərinə 4 helikopter cəlb olunub. 

Axtarış işlərinə digər dövlətlərin də cəlb olunması məsələsinə gəlincə isə baş mühəndis qeyd edib ki, son nəticələr cəsədlərin daha böyük məsafələrə gedib çıxmasının inandırıcı olmadığını sübut edir. Baş mühəndis hazırda quyuda yanğının davam etdiyini qeyd edib: "Söndürülmə ilə əlaqədar səhərki müşavirədən sonra tədbirlər planı hazırlanıb. Hazırda o plan üzərində işlər görülür. FHN və SOCAR-ın yeni avadanlıqları işləri köpüklə söndürmə, sektorlara bölünmə planına uyğun həyata keçirir".

Son xəbərlər

Orphus sistemi