Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda "Azkomfort" MMC-yə məxsus yarımtikilidən 2 000 manat dəyərində oğurluq edilib.
"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azkomfort” MMC tərəfindən tikilməkdə olan binadan 2 000 manat dəyərində armatur oğurlanıb.
Hadisəni törədən Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Elman Əzimov, 1995-ci il təvəllüdlü Xəlil Yusifov və 1983-cü il təvəllüdlü Sənan Mirzəyev saxlanılıb.
Adı qeyd olunan şəxslər Qardağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən dindirilir.