"AzInTelecom" "Azərsu"yu məhkəməyə verib

"AzInTelecom" "Azərsu"yu məhkəməyə verib İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
28 İyun , 2017 11:53
AzInTelecom Azərsuyu məhkəməyə verib

Bakı. 28 iyun. REPORT.AZ/ “Azerbaijan İnternational Telekom (AzInTelecom)” MMC “Azərsu” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət erdən MMC sudan istifadəyə və kanalizasiya xidmətlərinə görə hesablanmış məbləğin qanunsuz hesab edilməsi və həmin məbləğin silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Hökmdən narazı qalan “Azərsu” ASC apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Son xəbərlər

Orphus sistemi