“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır

“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
Hadisə
1454
16 Sentyabr , 2020 11:24
“Azərtoxum” MMC-nin direktorunun bıçaqlanması işi üzrə məhkəmə başlayır

Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

“Report” xəbər verir ki, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. 

Qeyd edək ki, hadisə bu il may ayında Bərdə rayonunun Şərəfli kəndində baş verib.

Kənd sakinləri Şamil Qasımov və Orxan Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Orxan Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Şamil Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb. 

Bu zaman O.Fərəcbəyli dayısı Məzahir Qasımova 3 bıçaq zərbəsi vurub.

Ona  Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. 

“Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov 2005-2010-cu illərdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 
 

Son xəbərlər

Orphus sistemi