Yuxarı

Məhkəmə ​“Azərsu”nun şikayətini təmin etməyib

Qətnamə dəyişdirilmədən saxlanılıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bakı Apellasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Bakı İxtisaslaşdırılmış Mexanizasiya – 7” (BİM-7) ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, ASC-nin şikayəti təmin edilməyib. Qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il “Bakı İxtisaslaşdırılmış Mexanizasiya – 7” “Azərsu”yu məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən BİM-7 borcun silinməsi barədə tələb irləli sürüb. Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan “Azərsu” isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, “MEGA Holding” şirkətlər qrupunun tərkibinə daxil olan BİM-7 (7 saylı Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsi) 2000-ci ilin oktyabr ayında yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti-tikinti texnikasının icarəsi üzrə xidmətlərin göstərilməsidir.

“Azərsu” ACS isə istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi