​“Azərsu”nun “Azərpoçt”a qarşı apellyasiya şikayəti təmin edilməyib

​“Azərsu”nun “Azərpoçt”a qarşı apellyasiya şikayəti təmin edilməyib Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
23 Oktyabr , 2015 15:38
​“Azərsu”nun “Azərpoçt”a qarşı apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, məhkəmədə ASC-nin şikayəti təmin edilməyib. Qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il “Azərpoçt” “Azərsu”nu məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən MMC borcun ləğv olunması barədə iddia irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan “Azərsu” isə apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi