​“Azərmətbuatyayım”ın köşkünə basqın olub

​“Azərmətbuatyayım”ın köşkünə basqın olub Hadisəni törədən şəxs tutulub
Hadisə
2 May , 2016 11:14
​“Azərmətbuatyayım”ın köşkünə basqın olub

Bakı. 2 may. REPORT.AZ/ Sumqayıt şəhərində şəhər sakini Nəsib Məliklinin işlədiyi “Azərmətbuatyayım” ASC-yə məxsus köşkə gəlmiş naməlum şəxs onu bıçaqla hədələyib kassadan 850 manat pul aparıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Ariz Əliyev tutulub.

Son xəbərlər

Orphus sistemi