“Azərkörpü” ASC-dən oğurluğa cəhd olub

“Azərkörpü” ASC-dən oğurluğa cəhd olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
8 sentyabr 2015 08:25
“Azərkörpü” ASC-dən oğurluğa cəhd olub

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətindən (ASC) oğurluğa cəhd olub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azərkörpü” ASC-yə məxsus 10 ədəd 8 metrlik dəmir boruları oğurlamağa cəhd göstərmiş şəhər sakini Müsəffir Rəhmanov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi