"Azərişıq"da kadr dəyişiklikləri olub - YENİLƏNİB

"Azərişıq"da kadr dəyişiklikləri olub - YENİLƏNİB İlk xəbər saat 14:35-də
Hadisə
24 yanvar 2019 10:45
Azərişıqda kadr dəyişiklikləri olub  - YENİLƏNİB

İlk xəbər saat 14:35-də

Bakı. 24 yanvar. REPORT.AZ/ "Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, onun yerinə Rasim Həsənov təyin edilib.  

Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib.

Son xəbərlər

Orphus sistemi