"Azərişıq" Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş verən yanğınla əlaqədar əraziyə verilən elektrik təchizatını dayandırıb.
Bu barədə "Report"a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, ASC
Qeyd edək ki, "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidəki köhnə hamamda yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.