Yuxarı

"Azərişıq"​ ASC-nin əməkdaşı özünü elektrik naqilindən asaraq intihar edib

Faktla bağlı araşdırma aparılır

Bakı. 14 dekabr. REPORT.AZ/ "Azərişıq" ASC-nin əməkdaşı özünü elektrik naqilindən asaraq intihar edib. "Report"un məlumatına görə, hadisə Ağdaş rayonunun Xosrov kəndi ərazisində yerləşən taxta-şalban sexinin elektrik anbarında baş verib. Həmin kəndin sakini 49 yaşlı Məhəmməd Mirhəsən oğlu Səmədov özünü asaraq intihar edib. 
Qeyd edək ki, M.Səmədov  "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş elektrik şəbəkəsində elektrik vəsifəsində çalışıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi