“Azərişıq”: AMEA-nın işıqları 23 min manat borca görə kəsilib

“Azərişıq”: AMEA-nın işıqları 23 min manat borca görə kəsilib Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.
Hadisə
23 yanvar 2018 12:00

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”un sorğusuna cavab olaraq bildirib ki, buna səbəb qurumun elektrik enerjisinə görə 22 965 manat borcunun olmasıdır.

O qeyd edib ki, Akademiya artıq borcunu tam şəkildə ödəyib və elektrik enerjisi bərpa olunub.

Son xəbərlər

Orphus sistemi