“Azerfon” MMC (Nar-mobile) borcla bağlı “Çağ-Araz” MMC-yə (Araz kursları) qarşı 6 326 manatlıq iddia qaldırıb.
“Report”un əldə etdiyi məlumata görə, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb.
Hakim Zaur Pirverdiyev iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qeyd edək ki, "Azerfon" MMC qaldırdığı iddiada “Çağ-Araz” MMC-yə iddiada GSM müqaviləsinə əsasən, 6 296 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6 326 manat tutulması istənilib.
Xatırladaq ki, “Azerfon” MMC 15 sentyabr 2005-ci il tarixində, “Çağ-Araz” MMC 30 aprel 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb.