“Azercell” Vergilər Nazirliyini məhkəməyə verib

“Azercell” Vergilər Nazirliyini məhkəməyə verib Məhkəmə iddianı qismən təmin edib
Hadisə
129
24 Oktyabr , 2017 14:12
“Azercell” Vergilər Nazirliyini məhkəməyə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azercell Telekom” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi