“Azercell Telekom”a qarşı qaldırılan məhkəmə iddiası qismən təmin edilib

“Azercell Telekom”a qarşı qaldırılan məhkəmə iddiası qismən təmin edilib Apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
22 Oktyabr , 2015 11:12
“Azercell Telekom”a qarşı qaldırılan məhkəmə iddiası qismən təmin edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, aşağı instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, İctimai Birliyin şikayəti qismən təmin olunub.

Qeyd edək ki, Azadlıq prospekti 22 ünvanında yerləşən bina Nazirlər Kabinetinin müvafiq sənədi ilə memarlıq abidəsi sayılır. Həmin binanın üzərinə “Azercell Telekom” MMC antena və ona aid qurğuları yerləşdirib. Buna görə də “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi “Azercell Telekom” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən İctimai Birliyi abidənin üzərində qurulmuş mobil antena və ona aid qurğuların sökülməsi və sair barədə iddia irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərarla razılaşmayan İctimai Birlik apellyasiya şikayəti verib.

İş üzrə üçüncü şəxslər qismində “Bakı Metropoliten” QSC və Mədəniyyət və Turizm Nazirliyi göstərilib.

Son xəbərlər

Orphus sistemi