Yuxarı

"Azercell" taksi şirkətini məhkəməyə verib

"Azercell" taksi şirkətini məhkəməyə verdi

1 saylı İnzibati-iqtisadi Məhkəməsində “Azercell Telekom” MMC-nin “Tez Group” MMC-yə qarşı 370 manat 19 qəpik vəsaitin tutulması ilə bağlı iddiasına baxılıb.

"Report" xəbər verir ki, iddiaya hakim Aytən Oruczadənin sədrliyi ilə baxılıb.

Noyabrın 7-də çıxarılan qərara əsasən, “Azercell Telekom” MMC-nin iddiası təmin edilib. Qərarda göstərilib ki, cavabdeh “Tez Group” MMC-dən 350,19 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 370,19 manat tutularaq iddiaçı “Azercell Telekom” MMC-nin xeyrinə ödənilsin.

Qeyd edək ki, “Tez Group” şirkəti "Tez taksi" adı altında sifarişli taksi xidməti göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi